27 sentyabr tarixində Bakıda Vətən müharibəsi zamanı döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq yürüş təşkil edilib.

3000 nəfərdən çox kursant və hərbi qulluqçu iştirak etdiyi yürüş Neftçilər prospektindən başlayaraq  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu gün təməli qoyulan Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinədək davam edib.

Yürüşdə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva iştirak ediblər.

Daha sonra dövlət başçısı Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməlqoyma mərasimində iştirak edib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

Foto President.az
Foto President.az
Foto Bakuplus.az
Foto Bakuplus.az
Foto Bakuplus.az
Foto Bakuplus.az