27 sentyabr tarixində Bakıda Vətən müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin təməli qoyulacaq. Bu haqda Azərbaycan Prezidenti İlham Əliyev Anım Günü münasibətilə xalqa müraciətində bildirib.

“Biz şəhidlərimizi öz qəlbimizdə əbədi saxlayacağıq. Eyni zamanda, bu gün Vətən müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin təməli qoyulacaq. Bu da keçən ilin dekabrında mənim sərəncamımla həll olunan məsələdir. Bakıda, şəhərimizin ən gözəl yerlərinin birində İkinci Qarabağ müharibəsinin qəhrəmanlarının şərəfinə möhtəşəm abidə ucaldılacaqdır. Onu da bildirməliyəm ki, bu gün saat 12-də bütün ölkə üzrə bir dəqiqəlik sükut elan ediləcəkdir”, – Prezident qeyd edib.