Azərbaycanın Əməkdar elm xadimi Zümrüd Quluzadə vəfat edib. Bu barədə 27 sentyabr tarixində məlum olub.

26 sentyabr tarixində, səhər saatlarında, Əməkdar elm xadimi, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli, fəlsəfə elmləri doktoru Zümrüd Quluzadə 89 yaşında rəhmətə gedib. O, bu gün Bilgəh qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, ölümün səbəbi ürəyində yaranan problemlər olub.

Zümrüd Quluzadə 1932-ci il martın 17-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. O, 64 il Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun Fəlsəfə və ictimai fikir tarixi şöbəsinin müdiri vəzifəsində isdəyib.