27 sentyabr 44 günlük Vətən müharibəsinin başlandığı gündür. Bu gün Azərbaycanda Anım günü elan edilib. Saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Həmçinin, Azərbaycandakı dini məbədlərdə şəhidlərin ruhuna dualar oxunub. 

Anım tədbirləri çərçivəsində axşam saatlarında bir sıra binalar Azərbaycanın dövlət bayrağının rənglərində işıqlandırılacaq.

Gəmilər Bakı buxtasına doğru yaxınlaşır, yaşından aslı olmayaraq insanlar Şəhidlər Xiyabanı və Fəxri Xiyabanını ziyarət edirlər.  

Anım Günü ilə əlaqədar mərkəzi və yerli icra hakimiyyəti strukturları ölkə miqyasında bir sıra tədbirlər təşkil edəcək, eləcə də ölkəmizin xaricində anım mərasimləri keçiriləcək.