Paytaxt ərazisində liftdən ehtiyyat hissələri oğurlayan şəxslər saxlanılıblar. Bu haqda bu gün, 28 sentyabr tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Binəqədi rayonunda 20-dən çox hündürmərtəbəli binada liftlərin akumulyatorlarını oğurlayan Taleh Rəşidov və əmisi oğlu Samir Rəşidov saxlanılıb. Oğurlaqdıqları əşyaları satdıqları metal qəbulu məntəqələrinin də sahibləri istintaqa cəlb ediliblər.
Suraxanı rayonunda isə Böyükağa və Nicat Hüseynov qardaşları liftlərin ehtiyat hissələrini oğurlamaqda şübhəli biliniblər. Saxlanılan zaman onların üzərindən narkotik maddə aşkar olunub.
Hər iki faktlarla bağlı araşdırmalar davam edir.
Keçirilən əməliyyatlar zamanı oğurluq edilən binalara ümumilikdə 28.000 manata yaxın zərər dəyib.
