Xətai sənət mərkəzində 27 sentyabr Anım günü ilə əlaqədar “Misilsiz cəsarət” adlı sərgi baş tutub.

Keçirilən sərgidə əsasən Azərbaycan rəssamları və heykəltaraşlarının vətən müharibəsi qəhrəmanları xatirəsini əbədiləşdirdiyi əsərlər yer tutur.

“Bu əsərlərdə olan ruh əsgərlərdə olan ruha yaxındır. Əsərlərdə Azərbaycan şəhidləri, Azərbaycan mənzərələri, hadisələrə qədərki Azərbaycanın işğal olmuş ərazilərin və hadisə zonalarının təsviri qeyd olunubdur”- Xətai sənət mərkəzinin direktoru Zahid Əvəzov qeyd edib.

Əsərlər işlənmə texnikası, kompozisiyası və rəng baxımından müxtəlifdir. Sərgidə həm gənc, həmdə yaşlı rəssamların ümumilikdə 50 əsəri nümayiş olunur.

“Bizə bu il zəfər sevincini yaşadan əsgərlərimizin göstərdiyi şücayəti kətan üzərinə köçürərək təsvir etməyə çalışmışam. Qələbəni kətan üzərində qeyd etmək istədim. Biz də Vətən borcumuzu bu şəkildə göstərmək istəyirik”- rəssam Aygün İsmayıllı öz çıxışında bildirib.

Sərgi Mədəniyyət Nazirliyi, ASAN xidmət, Rəssamlar ittifaqı, Dövlət Rəsm Qalereyası, Xətai sənət mərkəzi və ASAN könüllülük məktəbinin birgə təşkilatçılığı ilə keçirilib.