27 sentyabr tarixində Vətən müharibəsində həyatlarını itirən şəhidlərin xatirəsinə həsr olunan aksiyalar keçirilib.

Axşam saatlarında Alov Qüllələri Azərbaycan bayrağının rənglərilə işıqlandırılıb. Heydər Əliyev Mərkəzində də Azərbaycan bayrağı proyektor vasitəsilə təsvir olunub.

Həmin gün təməli qoyulan Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər muzeyinin ərazisində, xüsusi proyektorlar ilə səmaya yönələn şüalar Zəfər tağını simvolizə edib. Könüllülər eyni zamanda göyə 3000 fənər buraxıblar.

Silsilə tədbirlər gün ərzində şəhərin müxtəlif ərazilərində davam etmişdir. Paytaxt ərazisində əksər evlərin eyvanından Azərbaycan bayraqları asılmışdır. İnsanlar küçələrdə əllərində bayraqlarla gəzmişdirlər.