29 sentyabr 2021-ci il tarixindən 163 nömrəli marşrut xətti nağdsız ödənişə keçir. Bu haqda bu gün, 28 sentyabr tarixində Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti məlumat yayıb.

Avtobuslar Ramana qəsəbəsi – Koroğlu Nəqliyat Mübadilə Mərkəzi (NMM) istiqamətində hərəkət edirlər. Marşrutun hərəkət sxemi üzrə aşağıda qeyd olunan ünvanlardakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb:

  • Zabrat qəsəbəsi, Nərimanov 23
  • Ramana qəsəbəsi Daş Karxanası (ümumilikdə 6 ünvanda)
  • Sadiq Cəfərov 26, Zabrat
  • Babək 336, Zabrat
  • Oktyabr küçəsi, Zabrat
  • Sabunçu qəsəbəsi Şəhər şosesi

Bundan əvvəl, 22 sentyabr 2021-ci il tarixindən Avtobuslar “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi (NMM) – Binə qəsəbəsini əlaqələndirən marşrut xətti “BakıKart” sisteminə keçmişdir.