28 sentyabr səhər saatlarından havanın yağışlı olması səbəbindən paytaxtın bir çox küçələrində tıxaclar yaranıb.

Bakı – Sumqayıt şossesi (Bakı dairəvi yolunun şosseyə birləşən hissəsindən, bütün şosse boyunca), Asif Məhərrəmov küçəsi hər iki istiqamətdə, Moskva prospekti və Tbilisi prospektində, 20 Yanvar dairəsi istiqamətində güclü sıxlıq müşahidə olunur. Cavadxan küçəsində, Rövşən Cəfərov və Ali Mustafayev küçəsində, Abdulvahab Salamzadə küçəsində (Qələbə dairəsindən gələn istiqamətdə), Yasamal rayonu, Əsəd Əhmədov küçəsi (Günəş petrol istiqamətində gələn yolda) sıxlıq var.

 

Bundan başqa, Azadlıq prospekti, Qara Qarayev prospekti,  Koroğlu metro stansiyası istiqamətində, Zabrat şosesi – (Zabrat dairəsi istiqamətindən, əsasən Sabunçu Rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra, Heydər Əliyev prospekti istiqamətində), Mikayıl Əliyev küçəsi – (Heydər Əliyev prospekti – Köməkçi yol istiqamətində), Binəqədi şosesi – (əsasən, Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində), Babək prospekti (mərkəz istiqamətində), Afiyəddin Cəlilov küçəsi və 8 Noyabr prospektində sıxlıq müşahidə edilir.

Hava şəraiti səbəbindən Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi endirilib.

 

Foto Bakuplus.az
Foto Bakuplus.az
Foto Bakuplus.az
Foto Bakuplus.az
Foto Bakuplus.az
Foto Bakuplus.az