Bakıda 27 sentyabr tarixində “Qürur tariximiz” adlı tədbir keçirilib. Sərgi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində fəaliyyət göstərən dərnəklərin iştirakı ilə baş tutub.

Mərkəzin bədii qiraət, teatr, rəqs, vokal dərnəklərinin istedadlı, fəal uşaqları İmadəddin Nəsiminin heykəli önündə rəsm çəkib, dekorativ sənədlə məşğul olaraq əl işlərini qonaqlara nümayiş etdiriblər. Tədbirin vətənpərvərlik mövzusu keçirilib. Məqsəd böyüməkdə olan gənc nəsildə vətənə, torpağa məhəbbət hisslərini artırmaq, hərbi vətənpərvərlik ruhunu təbliğidir.

“27 sentyabr Anım gününə biz uşaqlarla birgə çox böyük məsuliyyətlə, çox böyük qürurla hazırlaşmışıq. Burda gördüyünüz kimi uşaqlar əl işləri, kompozisiyaları ilə vətənpərvərlik hisslərini bizimlə bölüşürlər. Inanın ki, biz bu gün nə ediriksə bizim ordumuz, şəhidlərimiz, qazilərimiz üçündür. Sağolsun bizim Ali Baş Komandanımız ki, bugünkü günü bizə bəxş etdi”.- mərkəzin nümayəndəsi qeyd edib.

Mərkəzin uşaqları hazırladıqları təyyarə modellərini sərgiləməklə yanaşı, onları həm də ziyarətçilər qarşısında düzəldiblər. Dərnəyin rəhbəri Fuad Həsənov deyir ki, şagirdlər gələcəkdə Azərbaycan səmasını qorumaq niyyətindədirlər.

Tədbirdə ordu nümayəndələri və qazilər də iştirak edib.

Foto 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəsmi Facebook səhifəsi