Xəzər dənizində köməksiz vəziyyətdə qalan 3 nəfər xilas olunub. Bu haqda bu gün, 28 sentyabr tarixində Dövlət Sərhət Xidmətinin mətbuat xidməti məlumat yayıb.

25 sentyabr səhər saatlarında Zİrə istiqamətindən çıxan 3 qayıqçıınn sahildən 10 kilometr aralıqda köməksiz vəziyyətdə qaldığı barədə Dövlət Sərhəd Xidmətinə məlumat daxil olmuşdur.

Keçirilən əməliyyat nəticəsində “Şah Dili” burnu istiqamətində sahil­dən təx­minən 7 km məsafədə 3 nəfər heyət üzvü olan taxta qayıq aşkar­lan­­mışdır.

Bakı şəhər sakinləri 26 yaşlı Elnur Zeynalov, 32 yaşlı Rəşid Məhərrəmov və 29 yaşlı Rüfət Fətullayev təxliyyə olunmuş və onlara ilkin tibbi yardım göstərilmişdir.

Foto DSX-nın rəsmi saytı
Foto DSX-nın rəsmi saytı
Foto DSX-nın rəsmi saytı
Foto DSX-nın rəsmi saytı
Foto DSX-nın rəsmi saytı
Foto DSX-nın rəsmi saytı