Paytaxtın Binəqədi rayonunda silsilə oğurluq edən şəxs saxlanılıb. Bu haqda bu gün, 28 sentyabr tarixində məlumat yayılıb.

Natiq Süleymanov 22 yeni tikilməkdə olan evdən məişət əşyaları, elektrik naqilləri, kombi aparatları və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinir.

Daha sonra o, oğurladıqları əşyaları sataraq narkotik maddə aldığını bildirib.

Faktla bağlı araşdırma aparılır.

Daha öncə bu gün, 28 sentyabr tarixində 20-dən çox binadan liftlərin ehtiyat hissələrini oğurlayan 4 nəfər saxlanılmışdılar.