Sabah, 29 sentyabrda paytaxtın əksər yollarında sıxlığın olacağı gözlənilir. Bu barədə Bakı Nəqliyyat Agentliyi vətəndaşlara müraciətində bildirib.

Tıxacların təhsil müssisələrinin bütün pillələri üzrə tədris ilinin başlanması və havanın yağışlı olması səbəbindən yaranacağı gözlənilir. Qeyd olunub ki, yağışlı hava oktyabrın 1-ə qədər davam edəcək.

Hərəkət istiqəmətinin öncədən seçərək, tıxaclardan yayınmaq və alternativ yollardan istifadə etmələri məqsədyönlü hesab olunur.

Sürücülərə təhsil müəssisələrinin ətrafında avtomobillərini qadağan olunan yerdə park etməmələri barədə çağırış olunub.

Yaranmış vəziyyəti nəzərə alaraq ictimai nəqliyyatda xəttə çıxarılan avtobusların sayında və intervalda dəyişikliklər olacaq.

Bütün bunlarla əlaqədar hərəkət iştirakçılarına anlayışlı olmağı, yol hərəkəti qaydalarına, xüsusən də dayanma, durma və parklanma qaydalarına ciddi əməl etmək tövsiyə olunur.