Macarıstanın “WizzAir” aviaşirkəti oktyabr ayından Budapeşt-Bakı-Budapeşt aviareysi üzrə uçuşlarını bərpa edir.

Bakıdan Budapeşdə ilk uçuş oktyabrın 4-də baş tutacaq. Oktyabr ayında uçuşlar həftədə bir dəfə olacaq, Budapeştdən bazar günü, Bakıdan isə bazar ertəsi günü yola düşəcək. Noyabr ayından isə reyslər həftədə iki dəfə, cümə axşamı və bazar günləri həyata keçiriləcək.