Ötən gecə Bakıda evdə qadın meyiti aşkar olunub. Bu barədə 28 sentyabr tarixində FHN-nin rəsmi saytında məlumat verilib.

Xəzər rayonunda FHN-nin əməkdaşları mənzildən 89 yaşlı Klavdiya Ukalovanın meytini aşkar edib. O, mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açaraq onu çıxarıb.

Klavdiya Ukalovanın meyiti aidiyyəti üzrə təhvil verilib.