Bakı Avtovağzal Kompleksini Xocasən qəsəbəsi ilə əlaqələndirən marşrut xəttində dəyişiklik edilir. Bu haqda bu gün, 29 sentyabr tarixində Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti məlumat yayıb.

Sərnişinlərin müraciətlərini nəzərə alaraq, qeyd olunan marşrut üzrə avtobuslar Xocasən qəsəbəsində şəhid ailələri və müharibə veteranları üçün inşa edilmiş yeni yaşayış kompleksinə qədər hərəkət edəcək.

Dəyişikliklər 30 sentyabr 2021-ci il tarixindən tərtib olunacaq.