Bu gün, 29 sentyabr tarixindən Ali təhsil müəssisələrində əyani tədrisə start verilir. Universitetlərin önündə sıxlıq müşahidə olunur.

Təhsil müəssisələrinə daxil olan əməkdaşlar və tələbələrdən COVİD-19 pasportu və ya əks-göstəriş sertifikatı yoxlanılır.

Elmi Şuraların qərarı ilə bəzi universitetlərdə mühazirələr onlayn şəkildə oxunacaq. Eləcə də, auditoriyalardan mövcud yerlərin 70% çox olmamaqla istifadə etməyə icazə verilir. Bundan əlavə təhsil müəssisələrində yerləşən yeməkxanaların da fəaliyyəti bərpa olunur.

Ali təhsilin bakalavr pilləsi üzrə 171.820, magistr pilləsi üzrə isə 16.920 tələbə əyani təhsilə başlayır.

Foto Bakuplus.az
Foto Bakuplus.az