Metropolitenin Elmlər Akademiyası stansiyasının BDU tərəfindəki çıxışında izdiham müşahidə olunub. Bu barədə bu gün, 29 sentyabr tarixində videodgörüntülər sosial şəbəkələrdə yayılıb.

Sıxlıq tədris müəssisəsində ikinci növbənin başlaması zamanı yaranıb. Buna səbəb ikinci növbəyə gələn tələbələrin də COVİD-19 pasportunun yoxlanılması və eyni anda birinci növbə tələbələrinin müəssisəni tərk etməsidir.

Bu gün, 29 sentyabr səhər saatlarında universitetlərin önündə pasport yoxlanışı aparıldığından sıxlıq müşahidə olunmuşdur.