29 sentyabr tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində narkotacirlərə hökm oxundu.

Report.az saytının məlumatına əsasən, məhkəmənin hökmü ilə narkotik vasitələrin satışı ilə məşğul olan Müşfiq Mirzəyev 17 il 6 ay, Nadir Babayev isə 16 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Polisin apardığı axtarış-tədbirləri nəticəsində, Nadir Babayevin Novxanı qəsəbəsindəki bağ evindən ümumi çəkisi 64 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə aşkar olunub. Müəyyən olunub ki, narkotiklər sifarişlə İrandan Azərbaycana gətirilib və ölkə ərazisində ayrı-ayrı şəxslərə çatdırılmalıymış.