28 sentyabr tarixində, Xəzər rayonu Mərdəkan qəsəbəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinin yeni korpusunun açılış mərasimi keçirilib. Bu haqda bu gün, 29 sentyabr DSX-nin mətbuat xidməti məlumat yayıb.

Tədbirdə Dövlət Sərhəd Xidməti rəis müavini general-leytenant Cavid Adbullayev iştirak edib. Müəssisədə təhsil alan kursantların istirahəti, asudə vaxtları, fiziki, intellektual və yaradıcılıq fəaliyyəti üçün geniş imkanlar yaranacağı qeyd edilib.

5 mərtəbəli binada 600 nəfərlik yataqxana yaradılıb. Bundan əlavə, müasir avadanlıqlarla təchiz olunmuş idman zalı, istirahət zonaları, xidmət otaqları var. Ərazidə videomüşahidə sistemi tətbiq edilib, tikinti-abadlıq işləri aparılıb, qazon salınıb, ağaclar əkilib, sıra meydanı yaradılıb. Tədbir iştirakçıları rəsmi mərasimdən sonra sinif otaqları, yeməkxana, idman zalı, futbol meydançası və su hovuzu ilə tanış olublar.

Foto DSX-nin rəsmi saytı
Foto DSX-nin rəsmi saytı
Foto DSX-nin rəsmi saytı
Foto DSX-nin rəsmi saytı