29 sentyabr tarixində Bakıda oğurluq edən şəxs saxlanılıb. Hadisə Binəqədi rayonunda baş verib. Bu haqda “Report” Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinə istinadən xəbər verib.

Oğurluq etdiyinə görə tutulan N.Süleymanovun başqa əməlləri də müəyyən edilib. Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan tədbirlər nəticəsində onun Biləcəri qəsəbəsində telekommunikasiya qovşağına məxsus 110 metr naqili, qapı-pəncərə sexindən və evlərin birindən ümumi 6800 manat dəyərində mobil telefon, təmir-tikinti alətləri və inşaat materialları oğurlaması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.