29 sentyabr Universitet və məktəblərin bütün pillələri üzrə tədris ilinin başlanması yollarda sıxlığa səbəb olub.

Bakı – Sumqayıt şossesi (Bakı dairəvi yolunun şosseyə birləşən hissəsindən, bütün şosse boyunca), Moskva prospekti və Tbilisi prospektində, 20 Yanvar dairəsi istiqamətində güclü sıxlıq müşahidə olunur. Alı Mustafayev küçəsində, Abdulvahab Salamzadə küçəsində (Qələbə dairəsindən gələn istiqamətdə), Yasamal rayonu, Bəxtiyar Vahabzadə küçəsində, Abbas Mirzə Şərifzadə və Əsəd Əhmədov küçəsi (Günəş petrol istiqamətində gələn yolda) sıxlıq var.

Bundan başqa, Koroğlu metro stansiyası istiqamətində, Zabrat şosesi – (Zabrat dairəsi istiqamətindən, əsasən Sabunçu Rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra, Heydər Əliyev prospekti istiqamətində), Mikayıl Əliyev küçəsi – (Heydər Əliyev prospekti – Köməkçi yol istiqamətində), Binəqədi şosesi – (əsasən, Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində), Babək prospekti (mərkəz istiqamətində), Afiyəddin Cəlilov küçəsi və 8 Noyabr prospektində sıxlıq müşahidə edilir.