“Sentyabrın 22-də ibtidai siniflərdə dərslər başladıqdan sonra gündəlik orta sərnişindaşıma 430 min nəfərə çatıb”- bu haqda  “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

“Bu ilin yay aylarında Bakı metrosunda gündəlik orta hesabla 399.160 sərnişin daşınıb. Halbuki, koronavirus (COVID-19) pandemiyasından əvvəl, 2019-cu ilin iyun-avqust aylarında bu rəqəm 562.892 nəfər olub”- deyə o, əlavə edib.

“Sentyabrın 6-dan isə bu rəqəmdə artıb-azalmalar müşahidə edilməyə başladı. Metronun həftəsonları fəaliyyətinin bərpasından sonra monitorinqlərimizi davam etdirəcəyik. Ümid edirəm ki, bundan sonra sərnişin sayı daha da artacaq” – Bəxtiyar Məmmədov bildirib.