29 sentyabr tarixində Bakıda ağac aşıb. Hadisə Səməd Vurğun bağının yaxınlığında Dilarə Əliyeva ilə Rixard Zorge küçəsinin kəsişməsində qeydə alınıb.

Hadisə yerinə İcra Hakimiyyətinin nümayəndələri və Yaşıllaşdırma Təsərrüfat Birliyinin əməkdaşları gəlib.

Ağacın aşması nəticəsində avtomobillərə və işiq dirəyinə ciddi ziyan dəyib. Ağac hissələrə doğranaraq yolun hərəkət hissəsindən götürülüb.