Rusiya Federasiyasında qətl törədib, Bakıya qaçan azərbaycanlı həbs edilib. Bu haqda bu gün, 29 sentyabr tarixində Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

3 aprel 2016-cı ildə Rəşad İsayev Lebedyan şəhərində Aleksandr Bessonovu bıçaqlayaraq öldürməsi barədə cinayət işi başlanmışdır.

21 avqust 2019-cu il tarixində istintaqın davam etdirilməsi üçün cinayət işi Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.

26 avqust 2021-ci ildə axtarışa verilən Rəşad İsayev 28 sentyabrda tutulub.

Cinayət işi üzrə istintaq davam edir.