Bakıda suyun içində qalan insanlar xilas olunublar. Bu barədə FHN-nin rəsmi Youtube kanalında paylaşılıb.

28 sentyabr tarixində Sabunçu rayonu ərazisində yağış görə tunelin birində su yığılıb və orada göl yaranıb. Nəticədə sərnişinlərlə dolu mikroavtobus tunelin qirişində suyun içində qalıb. Hadisə yerinə FHN-nin əməkdaşları cəlb olunub və mikroavtobusdan sərnişinlər çıxarılıb.

Sonda isə yanğınsöndürən avtomobilləri cəlb olunub və tuneldən xüsusi borular vasitəsilə su çəkilib.