Niderlandın “UN Studio” şirkəti Bakıda yeni layihələr həyata keçirməyi planlaşdırır. Bu haqda 30 sentyabr tarixində “Report” “UN Studio” şirkətinə istinadən xəbər verib.

Şirkətin Yaxın Şərq və Afrika üzrə icraçı direktoru Arcan Pitin sözlərinə görə, hazırda “UN Studio” şirkəti şəhərdə bir sıra tikinti layihələri üzərində işləyir.

A.Pit bu layihələrdən Ağ Şəhərdə yaşayış binasının və piyada körpüsünün tikintisini qeyd edib: “Şəhərin mədəni irsini müzakirə etmək, habelə öz töhfəmizi necə verə biləcəyimizi müzakirə etmək üçün səfirliyə dəvət olunmuşuq”.

Hazırda şirkət müxtəlif ölkərdə bir sıra layihələr həyata keçirir. Baş ofis Amsterdam şəhərində yerləşir.