“Champions Chess Tour” yarışmasının final mərhələsində Teymur Rəcəbov erməni təmsilçisiylə qaşrılaşıb.

Azərbaycanlı qrossmeyster müsabiqənin 5-ci turunda Levon Aronyanla 4 oyun keçirib. 3 oyunu heç-heçə, 1 oyunu isə udan Rəcəbov turu qələbə ilə bitirib.

Hal-hazırda 4-cü yerdə qərarlaşan Azərbaycan təmsilçisi növbəti turda amerikalı Wesley So ilə mübarizə aparacaq.

Çempionlar turnirinin final mərhələsi 25 sentyabr tarixindən start götürüb. Yarış 4 oktyabr tarixinə qədər davam edəcək.