Azəriqaz İB növbəti “Açıq mikrofon” aksiyasını Hövsan qəsəbəsində keçirdir. Bu haqda bu gün, 30 sentyabr tarixində qurumun mətbuat xidməti məlumat yayıb.

Səyyar qəbul otaqlar 1 oktyabr tarixi saat 11:00-dan 13:00-a qədər təşkil olunacaq. Qəsəbənin quşçuluq və istixana sahiblərinin şikayət və təklifləri dinləniləcək.

Bundan əvvəl, 20 sentyabr tarixində Xəzər rayonunn Zirə kəndində “Açıq mikrofon” aksiyası keçirilmişdir.