1 oktyabr tarixində Bakıda Milli Kitab Satış Sərgisinin açılışı olacaq. Sərgi Bakı İdman Sarayında baş tutacaq. Oktyabrın 10-na qədər davam edəcək sərgiyə giriş sərbəstdir.
Fəxri qonaq qismində yazıçı, tərcüməçi və tarixçi, 80-ə yaxın kitabın müəllifi Əlisa Hüseynov (Əlisa Nicat) olacaq.
Tədbir çərçivəsində yazarlarla görüşlər, oxu saatları, imza günləri, şeir saatı, musiqili proqramlar keçiriləcək. Yazıçılıq və kitab nəşri, kitab tərtibatı, tərcümə ilə bağlı müzakirə panelləri təşkil olunacaq.
Kitabların satışında 30 faiz endirim olacaq.
Qeyd olunan satış-sərgi Azərbaycanda ilk dəfə kitabçıların, naşirlərin, yazarların özünün təşkil elədiyi müstəqil bir yarmarkadır. Bukinistlər, fərdi kitab satıcıları, evində artıq kitabı olan insanlar kitablarını, rəssamlar və musiqiçilər isə öz əsərlərini sərgidə sata bilərlər.
Sərginin gələcəkdə digər bölgələrdə keçirilməsi də nəzərdə tutulur.