30 sentyabr tarixində paytaxt ərazisində piyadaların xəsarət alması ilə nəticələnən yol qəzaları baş verib. Hadisələr zamanı 3 nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.

Bakının Nizami rayonu Buzovna qəsəbəsində 9 yaşlı Ömər Nemətovu yolu keçərkən avtomobil vurub.

25 yaşlı Cavid Nemətov da yolu keçmək istəyərkən avtomobil vurması nəticəsində xəsarət alıb. Hadisə Nəsimi rayonunda qeydə alınıb. Nemətova xəstəxanada qapalı-kəllə beyin travması diaqnozu qoyulub.

Bakının Xəzər rayonunda da analoji yol-nəqliyyat hadisəsi zamanı 59 yaşlı Firəngiz Pənahova xəsarət alıb. Buzovna qəsəbəsində yolu keçərkən onu minik avtomobili vurub.

Faktlarla bağlı araşdırma aparılır.