Paytaxtın Nizami rayonunda polis əməkdaşı həyat yoldaşını güllələyib. Hadisə bu gün, 30 sentyabr saat 09:00 radələrində baş verib.
İsmayıl Məmmədovun həyat yoldaşı Xanım Məmmədova 24-cü polis şöbəsinə ailə münaqişəsi barəsində şikayətə gəlib. Bundan xəbər tutan polis əməkdaşı şöbəyə gələrək xidməti silahla arvadını orada qətlə yetirib.
Məmmədov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.