Paytaxtın Suraxanı rayonunda yanğın hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 30 sentyabr tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 2 otaqlı evin 15 kv.m sahəsi tamamilə yanıb. 1 nəfər xəsarət alıb. Evin digər hissələrinə ziyan dəyməyib.
Faktla bağlı araşdırma aparılır.
Bundan əvvəl, 30 sentyabr tarixində paytaxtın Xətai və Abşeron rayonlarında 3 yanğın hadisəsi qeydə alınmışdır.