Bakıda AzAstro Technologies-in təşkilatçılığı ilə “Uşaq Gözü ilə Marsda Həyat” mövzusunda rəsm müsabiqəsi keçiriləcək.

Şərtlər:

  • Müsabiqədə 6-15 yaş aralığında olan uşaqlar iştirak edə bilər
  • Hər bir iştirakçı istədiyi qədər şəkil ilə iştirak edə bilər. Hər bir şəkil ayrıca qiymətləndiriləcək
  • Tədbirə qatılan şəkillər, əvvəllər heç bir müsabiqədə iştirak etməmiş və heç bir yerdə nəşr olunmamış/sərgilənməmiş orijinal və müəllif hüquqları olmayan bir əsər olmalıdır
  • Tədbirə qatılan şəkil sahibləri, bu sənəddəki şərtləri və “Dünyada Mars Layihəsi” saytının Məxfilik Siyasətini oxuduqları və qəbul etdikləri hesab olunur
  • Şəkillər minimum A4 ölçülü kağız böyüklüyündə olmalıdır
  • Kompüter/planşet/telefon üzərində rəqəmsal rəngləmə, 3D materiallar və rəsm texnikası istifadə edilməyəcək. Şəkil düz kağızda olmalıdır
  • Şəkillər tamamlandıqdan sonra, kağızın üfüqi bir vəziyyətdə və uyğun bir işıq mühitində mümkün qədər aydın şəkildə fotoşəkili çəkiləcək və aşağıda göstərilən e-poçt ünvanına göndəriləcəkdir. (Tədbirin sonunda seçiləcək 10 şəklin kağız üzərində orijinalları daha sonra tələb olunacaq).

Şəkillər 28 Oktyabr 2021-ci il saat 17.00–a qədər qeydiyyatdan keçərək göndərilə bilər. Təqdim olunan bütün şəkillər 29 Oktyabr 2021 -ci ildə veb saytda dərc ediləcək və nəticələr açıqlanacaq.

Dünyada Mars Layihəsi-Azerbaijan qrupu tərəfindən seçiləcək cəmi 10 şəkil komandanın Finlandiyadakı peyk rabitə stansiyasından özəl xəbərləşmə modundan (SSTV) istifadə edərək 36.000 km Yerə Bərabər Zamanlı (Geosinxron ) Orbitində olan QO-100/Es’hail-2 peykə göndəriləcək.

Əlavə hədiyyə olaraq (hər biri 1 ədəd) qaliblərə veriləcək kitablar müəllifləri tərəfindən imzalanacaq.