30 sentyabr tarixindən Yarat Müasir İncəsənət Mərkəzi #ARTKönüllü proqramına namizədlərin qəbulunu elan edir.

Bu proqrama qatılan hər kəs kino, ədəbiyyat, teatr, musiqi və incəsənətin digər sahələrində öz məharətini göstərə biləcək.

Təcrübə dövrü 3 ay boyunca həftədə 2 dəfə, 4 saatdan az olmayaraq davam edəcək.

Azərbaycan dili ilə yanaşı ən azı bir xarici dil (ingilis, rus və s.) bilən 18-35 yaş arası namizədlərə üstünlük veriləcək.

Seçilən namizədləri müasir incəsənət aləminin tanınmış simaları ilə ünsiyyət imkanından əlavə sonda sertifikat gözləyir.

Namizədliyini irəli sürmək istəyənlər müraciətini CV formasında 7 oktyabr tarixinə qədər mövzu bölümündə ART Könüllü yazaraq [email protected] ünvanına göndərə bilər.