Xəzər Dəniz Neft Donanmasına məxsus “Narva” torpaqsovuran gəmisi əsaslı təmir olunub. Modernləşdirilmə “Bibiheybət” Gəmi Təmiri Zavodunda həyata keçirilib. Bu haqda bu gün, 1 oktyabr tarixində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin mətbuat xidməti məlumat yayıb.

Su nəqliyyatının 90% tamamilə yenidən qurulub. Mühərrikləri dəyişdirilib. İdarə sistemi yenidən qurulub. Gövdənin yararsız hissələri tam bərpa olunub. Çirkab suların yığılması üçün nəzərdə tutulan 4 tonluq çən 28 tonluqla əvəz olunub.

Əvvəllər ancaq Xəzər dənizində fəaliyyat göstərən “Narva” artıq digər sulara da səfər edə biləcək.

“Narva” torpaqsovuran gəmisi 1966-cı ildən istismardadır. İlk başda su nəqliyyatını utilizasiya edilməyi planlaşdırılsa da, sonradan yenidənqurulmasına qərar verildi.