9 oktyabr tarixində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli rus bəstəkarı Aleksandr Borodinin “Qıpçaq rəqsləri” baletinin premyerası keçiriləcək. Bu haqda Teatrın mətbuat xidmətindən məlumat verilib.

Tamaşada əsas rolları Əməkdar artist Nigar İbrahimova, Xalq artisti Gülağası Mirzəyev, truppanın gənc solistləri Fatimə Xələfova, Zəhra Tanrıverdiyeva və Seymur Qədiyev ifa edəcəklər.

Tamaşanın quruluşçu baletmeysteri Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru Samir Səmədovdur. Musiqi rəhbəri və dirijoru Xalq artisti, professor Yalçın Adıgözəlov, quruluşçu rəssam Azərbaycanın Xalq rəssamı, Dövlət mükafatı laureatı Rafiz İsmayılovdur.

“Qıpçaq rəqsləri” ilə yanaşı həmin axşam N.Rimski-Korsakovun “Şəhrizad” baleti də nümayiş olunacaq.

1 oktyabrdan etibarən kinoteatr və teatrların da fəaliyyəti bərpa olunmuşdur.