Xəzər rayonunun Hövsan qəsəbəsində keçirilən “Açıq mikrofon” aksiyası yekunlaşıb. Bu haqda bu gün, 1 oktyabr tarixdinə Azəriqazın mətbuat xidməti məluamat yayıb.

Quşçuluq və istixana sahiblərinin şikayət və təklifləri dinlənilib. Kiçik və Orta Biznesin İnkişafi Agentliyinin nümayəndəsi Adil Əhmədov da tədbirdə iştirak edib, sualları cavablandırıb.

Həmçinin, qəsəbə sakinləri də səyyar qəbul otaqlarından yararlana biliblər. Onlar fərdi yaşayış evlərinin qazlaşdırılmasını xahiş ediblər.

Azəriqaz İB təşkil etdiyi səyyar otaqlar bölgələrdə 12-ci, Bakı və Bakıətrafı qəsəbələrdə isə sayca 6-cı tədbirdir.