Bakıda oktyabrın 1-də saat 15:00-da “Art management” layihəsi çərçivəsində “Müəllif hüquq qanunvericiliyi haqqında” adlı vebinar keçiriləcək. Bu haqda bu gün Azərbaycan Dövlət Rəsm Qalereyasının mətbuat xidməti xəbər verib.

Tədbir Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə baş tutacaq.

“Zoom” tətbiqi vasitəsilə keçiriləcək treninqdə dinləyici qismində iştirak etmək istəyən şəxslər qeydiyyat üçün “Art Management” başlığını qeyd etməklə elektron-poçt ünvanına müraciət edə bilərlər.