Bakıda 1-3 oktyabr tarixlərini əhatə edəcək “Könüllülərlə İş üzrə İdarəçilərin İnkişaf Proqramı” keçiriləcək. Tədbir Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı, “Regional İnkişaf” İctimai Birliyinin tərəfdaşlığı ilə baş tutacaq.

Proqrama bu dəfə “Regional İnkişaf” İctimai Birliyinin könüllülərlə iş sahəsində çalışan əməkdaşları və kurator könüllülərinin cəlb olunması nəzərdə tutulur.

İştirakçılara ümumilikdə 6 sessiya üzrə təlimlər keçiriləcək.

Mövzular:

  • Könüllülüyün qanunvericilik üzrə əsasları
  • Könüllülərin cəlb olunması və saxlanması
  • Könüllülər proqramının qurulması
  • Könüllülər proqramının qurulması
  • Könüllülərin müsahibə və seçim prosesinin aparılması
  • Könüllülərin komanda işinin qurulması
  • Azərbaycanın gənclər siyasəti

Proqramı uğurla başa vuran iştirakçılar sonda keçiriləcək imtahan nəticələrinə uyğun olaraq xüsusi sertifikatlarla təltif olunacaqlar.

Proqramın əsas məqsədi dövlət orqanlarında könüllü fəaliyyətinin tənzimlənməsi sahəsində peşəkarlığın artırılması, fərqli təşkilatlarda müvafiq sahədə çalışan şəxslər arasında fikir mübadiləsinin təmin olunması və müvafiq sahədə çalışan əməkdaşların sertifikasiyadan keçirilməsidir.

Proqram Regional İnkişaf İctimai Birliyinin könüllülərlə iş sahəsində çalışan əməkdaşları üçün nəzərdə tutulub.