Mahir Emreli Avropa liqasında İngiltərə klubuna qol vurub.

30 sentyabr tarixində Bakılı fubtolçunun təmsil etdiyi Legia klubu Avropa liqasının qrup mərhələsində İngiltərənin Lester klubu ilə qarşılaşıb. Oyunda yeganə qolu 31-ci dəqiqədə Emreli vurub.

Cərimə meydançasının önündə topu qəbul edərək təzyiq altında özündə saxlayıb daha sonra uzaq aşağı küncə zərbə vuraraq hesabı açıb.

Mahir Emreli 8 iyun 2021-ci ildə Qarabağ FK-dan Polşanın Legia klubuna transfer olmuşdur. Cari sezon ərzində klub üzrə bütün turnirlərdə o, 18 oyuna 10 qol və 1 asistlə fərqlənib.