1 oktyabr gecə saatlarında Bakıda yol-nəqliyyat hadisəsi olub. BakuPlus-a daxil olan məlumata əsasən, hadisə paytaxtın Binəqədi rayonunda baş verib.
İki “Hyundai” markalı avtomobil Mir Cəlal küçəsi ilə Hüseyn Seyidzadə küçəsinin kəsişməsində toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.
Bundan başqa, gecə ərzində paytaxtda piyadaların xəsarət alması ilə nəticələnən bir neçə yol qəzası da baş vermişdir.

