“Azərxalça” yeni layihəyə start verib. Bu haqda qurumun rəsmi Facebook səhifəsində məlumat yayılıb.
Vətəndaşlar 1 noyabr tarixinədək xüsusi avtomobillə daşınacaq Qarabağ xalçasına bir ilmə vura biləcəklər. Xalçanı daşıyan nəqliyyat vasitəsi ölkənin müxtəlif bölgələrinə səfər edəcək.
1-2 oktyabr tarixlərində isə saat 12:00-dan 18:00-a qədər Bakı sakinləri Heydər Əliyev Mərkəzinin qarşısına yaxınlaşaraq layihədə iştirak edə bilərlər.
Layihə “Azərxalça” ASC ilə yanaşı “Təmiz şəhər” ASC, Azərbaycan Jurnalistlər Şəbəkəsi İB-yi və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Vətən müharibəsinin ildönümünə həsr olunub.