“Zoobulvar” əyləncə mərkəzindəki alpakanın son vəziyyəti bəlli olub. Bu haqda bu gün, 1 oktyabr tarixində Alpaka fermasının rəsmi Facebook səhifəsində məlumat yayılıb.
İlk öncə heyvan müayinədən keçirilib. Daha sonra dişləri yonulub və dırnaqları tutulub. Üzərindəki yaralar dərmanlarla sağaldılıb. Hal-hazırda vitamin kimi yeməyə yonca verilir.
1 ay ərzində alpakanın çəkisi 6 kiloqram 400 qram artıb. Alpaka fermasının yeni sakini artıq xüsusi nəzarətdən çıxarılaraq digərləriylə bir saxlanıla bilər. Həmçinin, insanlarla ünsiyyətə hazırdır.
Avqust ayının sonlarında sosial şəbəkələrdə “Zoobulvar” əyləncə mərkəzindəki alpakanın baxımsız vəziyyətdə olmağı ilə bağlı videogörüntülər yayılmışdır. 27 avqust tarixində o, Ekologiya Nazirliyinin nəzarətinə götürülərək Şamaxıda yerləşən Alpaka fermasına göndərilmişdir.