BDU ilə İzmir Yüksək Texnologiya İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Bu haqda bu gün, 1 oktyabr tarixində BDU-nin mətbuat xidməti məlumat yayıb.

Təhsil müəssisələri arasında kadr mübadiləsi aparılacaq. Eləcə də konfranslar, sempoziumlar, təlimlər və digər elm və mədəniyyət sahəsində layihələrin birlikdə icrası müqavilədə nəzərdə tutulub.

İmzalanma mərasimində BDU-nin rektoru Elçin Babayev və İzmir Yüksək Texnologiya İnstitutunun rektoru Yusuf Baran iştirak edib.

1992-ci ildə əsası qoyulmuş İzmir Yüksək Texnologiya İnstitutunda tədris ingilis dilində aparılır. Ümumilikdə 6300-dən çox tələbənin təhsil aldığı ali məktəbdə 18 bakalavr, 27 magistr və 19 doktorantura proqramı üzrə kadr hazırlığı aparılır.