Bu gün, 1 oktyabr tarixindən etibarən Bakı şəhəri ərazisində ictimai nəqliyyatın fəaliyyətinə qoyulan qadağalar da ləğv olunur.

  • Bakı-Sumqayıt qatarlarının hərəkəti tam bərpa olunur. Cədvəli buradan izləmək mümkündür
  • Paytaxtda avtobuslar və metro həftəsonları da daxil olmaqla hər gün işləyəcək.
  • Bakı və regionlar arasında qatarların və avtobusların hərəkəti tam bərpa olunur.

Bakı, Abşeron və Sumqayıt arasında fəaliyyat göstərən nəqliyyatı istisna olmaqla digər hallarda 18 yaşdan yuxarı vətəndaşlar yalnız COVİD-19 pasportu (1 oktyabr tarixindən etibarən COVID-19-a qarşı birinci doza, 1 noyabr tarixindən etibarən isə ikinci doza) yaxud immunitet sertifikatı ilə həmin nəqliyyatdan istifadə edə bilərlər.

Taksi sərnişinlərindən peyvənd sertifikatı tələb olunmur. Lakin, bütün taksi sürücülərinin peyvənd edilməsi və ya immunitet sertifikatı olmalıdır.

Həmçinin, mədəniyyət, istirahət və əyləncə obyektlərinin fəaliyyət ümumi tutumun 50 faizindən çoxunun doldurulmaması şərtilə bərpa olunur. Müəssisələr saat 00:00-dək xidmət göstərəcəklər.

18 yaşdan yuxarı vətəndaşlar yalnız COVİD-19 pasportu yaxud immunitet sertifikatı ilə həmin məkanlara girə bilərlər. Sözügedən ərazilərdəki işçilərin 80 faizinin COVID-19 pasportu (COVID-19 peyvənd sertifikatı və ya COVID-19 immunitet sertifikatı) olmalıdır.