Oktyabrın 1-də saat 18:00-da Bakıda “Ənənə və novatorluq” mövzusunda diskussiya təşkil olunacaq. Tədbir Milli Xalça Muzeyində yeni açılmış “Xalça sənəti – mənaların təkamülü” sərgisi çərçivəsində baş tutacaq. Bu haqda bu gün  AZƏRTAC xəbər verib.

Diskussiyada moderator qismində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Şamilli çıxış edəcək. Müzakirədə muzeyin direktoru, həm də sərginin kuratoru sənətşünaslıq üzrə fəlsəfə doktoru , dosent Şirin Məlikova və sərgidə nümayiş olunan müasir xalçaların müəllifi Çingiz də iştirak edəcək.

İştirakçı sayı 10 nəfər müəyyənləşdirildiyinə görə qeydiyyatdan keçmək mütləqdir.