Nəsimi rayonunda yerləşən parklardan birində əsaslı təmir və yenidənqurma işlərinə start verilib. Bu haqda Nəsimi Rayon İcra Hakimiyyəti məlumat verir.

İcranın sözlərinə görə, 4-cü mikrorayon, 20 Yanvar küçəsi 21 ünvanında yerləşən parkda Vətən müharibəsi şəhidlərin xatirə kompleksinin inşaası planlaşdırılıb. Söz gedən parkda  tamet və qazon vurulacaq, yeni oturacaqlar qoyulacaq, parkda uşaqlar üçün oyun meydançası, idman fitnes alətləri quraşdırılacaq.

Park Zəfər günü sakinlərin istifadəsinə veriləcəyi planlaşdırılıb.