1 oktyabr tarixində Bakıda qanunsuz sərnişindaşıma ilə məşğul olan mikroavtobuslar aşkarlanıb. Bu haqda Report xəbər verib.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərlinin sözlərinə görə, Bakıətrafı kəndlərdən, metronun “Koroğlu” stansiyası istiqamətində, eləcə də Abşeron və Sumqayıtdan metronun “20 Yanvar” stansiyası istiqamətində sərinişindaşıma ilə məşğul olan mikroavtobusların fəaliyyətləri aşkar olunub.

Binə Atıcılıq Mərkəzi istiqamətində qanunsuz sərnişindaşıma ilə məşğul olan 3 mikroavtobus sürücüsü artıq xətdən uzaqlaşdırılıb və lazımi tədbirlər görülüb.

Araz Əsgərli bu istiqamətdə mübarizənin davam etdirildiyini qeyd edib.