Bakıda könüllülərin iştirakı ilə növbəti fləşmob keçirilib. Bu haqda Azərbaycan Könüllü Təşkilatlar İttifaqı məlumat yayıb.

42 könüllünün iştirak etdiyi fləşmobda gənclər eyni vaxtda paytaxtın müxtəlif hissələrində toplaşaraq Azərbaycan Respublikasının Dövlət Himnini səsləndiriblər.

Tədbir Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə II Qarabağ müharibəsinin başlamasının birinci ildönümünə həsr olunub.